Güləşçi Rəsul Çunayev leytenant, məşqçi Firdovsi Umudov isə polkovnik-leytenant oldu - YENİLƏNİB - VİDEO

8 İyul 2015 18:18

18:18

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qоşun­la­rı­nın Kоmandanı gеnеral-pоlkоvnik Еlçin Quliyеv "Sərhədçi" İdman Olimpiya Mərkəzinin üzvü olub Bakı-2015 birinci Avropa Oyunlarında iştirak etmiş məşqçi və idmançıları mükafatlandırıb.

Trend xəbər verir ki, DSX rəisi tədbirdə iştirak edənlərin bəzilərini vaxtından əvvəl növbəti hərbi rütbələr, digərlərini isə medalla təltif edib.

Onlardan Firdovsi Umudov (sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi) polkovnik-leytenant, Nicat Şıxəlizadə (cüdoçu) baş leytenant, Natalya Rəcəbli (paraüzgüçü) baş leytenant, Rəsul Çunayev (güləşçimiz), İlqar Müşkiyev (cüdoçu) leytenant, Babək Əliyev (uşu-sanda) leytenant, Fəridə Əbiyeva (karate) kiçik-leytenant rütbəsi, Vasif Səfərbəyov (samboçu), Leyla Cavadova (boksçu) və Alla Petrovna (bədii gimnast) isə medalla təltif ediliblər.

---------

18:07

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qоşun­la­rı­nın Kоmandanı gеnеral-pоlkоvnik Еlçin Quliyеv "Sərhədçi" İdman Olimpiya Mərkəzinin üzvü olub Bakı-2015 birinci Avropa Oyunlarında iştirak etmiş məşqçi və idmançıları mükafatlandırıb.

Trend xəbər verir ki, DSX rəisi tədbirdə iştirak edənlərin bəzilərini vaxtından əvvəl növbəti hərbi rütbələrlə təltif edib. Digərlərinə isə pul mükafatları verilib.

Onlardan sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudova polkovnik-leytenant, güləşçimiz, qızıl medal qazanmış Rəsul Çunayevə isə leytenant rütbələri verilib.

---------

16:28

Müğənni Elnarə Xəlilova Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımıza mahnı həsr edib.

Ölkə.az xəbər verir ki, "Olimpiya himni"nin musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova, aranjmanı isə Əvəz Muradova məxsusdur.

Mahnının videoversiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Videoçarxda Birinci Avropa Oyunlarının bütün yaddaqalan məqamları, o cümlədən qızıl medal qazanmış güləşçimiz Rəsul Çunayevin Ali Baş Komandan İlham Əliyevə əsgəri salamı yer alıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Çunayev ötən gün DSX-nın rəisi general-polkovnik tərəfindən leytenant rütbəsi ilə təltif edilib.

Milli.Az

--------

18:18

--------

16:28

Videonu izləmək üçün şəklə klikləyin.

фото