ATƏT PA-nın prezidenti Azərbaycana gəlir

23 Fevral 2010 15:21
Milli.Az xəbər verir ki, bu barədə APA-ya ATƏT PA-nın kommunikasiya şöbəsinin rəhbəri Klas Berqman bildirib. Heyətin tərkibinə ATƏT PA-nın Dağlıq Qarabağ və Cənubi Qafqazda münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də daxildir. Bir həftəlik səfər çərçivəsində nümayəndə heyəti martın 9-10-da Gürcüstanda, 10-13-də Ermənistanda, 13-16-da isə Bakıda olacaq.

Bu, ATƏT PA prezidentinin Cənubi Qafqaz regionuna ilk rəsmi səfəridir. Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Gürcüstanla Rusiya arasında müharibənin nəticələri ətrafında müzakirələr aparılacaq.

/APA/