Dilarə Əliyeva: "Qızım aktrisa olmaq istəyir"

9 İyul 2015 00:03

Tanınmış aktrisa Dilarə Əliyeva övladları haqda danışıb. O qızlarının sənət seçiminə sərbəst yanaşdığını qeyd edərək Milli.Az-a bunları bildirib:

"Mən işimi çox sevirəm, ömrümün axırına kimi də bu işi daşımaq istəyirəm. Özümü bir anlıq da olsun sənətdən ayrı düşünmürəm. Çəkiliş pavilyonları, studiyalar mənim həyatımın bir parçasıdır. Övladlarımda da bu işə qarşı xüsusi istedad və həvəs olsa, təbii ki, onların sənətdə olmasını istəyərəm. Böyük qızımda bu sahəyə həvəs və maraq yoxdur. Kiçik qızımın isə bu sahəyə çox böyük marağı var. Qızım aktrisa olmaq istəyir. Düzdür, çətindir, amma baxaram da (gülür). İnanıram ki, Oqtay da bir ata kimi qızlarının arzularına qarşı çıxmaz. Əgər onların istedadları varsa, həmişə onları dəstəkləyəcək".

Əli Rəhimoğlu

Milli.Az