Lavaşda pizza

8 İyul 2015 07:00

Milli.Az lavaşla pizzanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 lavaş

1 pomidor

100 q kolbasa

2 x.q. tomat sousu

100 q motsarella

1 ç.q. oreqano

duz

istiot

1 x.q. zeytun yağı

Lavaşı tavaya qoyun. Üzərinə tomat sousu çəkin. 

Doğranmış kolbasa və pomidor dilimlərini düzün. Sürtgəcdən keçirilmiş pendir səpin. Oreqano qurusu, duz, istiot vurun. 

Üzərinə zeytun yağı gəzdirib qızdırılmış sobada 10-15 dəqiqə bişirin. 

Milli.Az