Muğanbank onlayn kredit ödənişlərinin vasitələrini artırdı

6 İyul 2015 13:10

Muğanbank müştərilərin rahatlığını təmin etmək məqsədi ilə online kredit ödəniş xidmətini http://www.azericard.com/ saytında aktivləşdirdi. Müştərilər Azericard online kredit ödəniş xidmətindən istifadə etmək üçün Muğanbankın saytında və ya http://www.azericard.com/ səhifəsinə daxil olub Online ödəmə - Bank xidmətləri bölməsindən Muğanbankın Logosunu seçərək həyata keçirə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, doğum tarixini yazmaq kifayət edir.
Xatırlatmaq istərdik ki, "Muğanbank" ASC-dən götürülmüş kreditlərin ödənilməsi üçün filial şəbəkələrindən əlavə olaraq, aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:
1. "Monex" Təcili Pul Köçürmə Sistemi: Bunun üçün "Monex" üzrə xidmət göstərən istənilən bank şəbəkəsinə yaxınlaşaraq IBAN hesabınızı təqdim etməyiniz kifayət edir.
2. Muğanbankın internet səhifəsi: Bunun üçün www.muganbank.az saytına daxil olub Online Kredit Ödənişləri bölməsini seçərək şəxsiyyət vəsiqənizin seriya və nömrəsini, doğum tarixinizi yazmağınız kifayət edir.
3. Hesab.az: Bunun üçün www.hesab.az saytına daxil olub Ödənişlər - Bank və lizinq bölməsində Muğanbankı seçərək şəxsiyyət vəsiqənizin seriya və nömrəsini, doğum tarixinizi yazmağınız kifayət edir.
4. eManat Modenis terminalları: Bunun üçün istənilən eManat terminallarına yaxınlaşaraq şəxsiyyət vəsiqənizin seriya və nömrəsini, doğum tarixinizi yazmağınız kifayət edir.
5. Azərpoçt: Bunun üçün istənilən poçt məntəqəsinə yaxınlaşıb kredit borcunuzu ödəyə bilərsiniz.
6. Azəricard: Bunun üçün www.azericard.com saytına daxil olub Online ödəmə - Bank xidmətləri bölməsində Muğanbankı seçərək şəxsiyyət vəsiqənizin seriya və nömrəsini, doğum tarixinizi yazmağınız kifayət edir.
7. Yaxın vaxtlarda MilliÖn Komtec terminalları vasitəsilə də ödənişlərin qəbulu aktiv olacaq.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Muğanbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı +99412 564 35 11 nömrəsindən bankın Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla, həmçinin bankın saytından www.muganbank.az və ya Facebook-dakı rəsmi səhifəsinə

https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl yazılmaqla əldə edə bilərsiniz.