Günün yuxuyozması

4 Fevral 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

İdmanla məşğul olmaq. Fərdi məşğuliyyət. İnsanlar öz uğurları və məmnuniyyətləri üçün məsuliyyət hiss edə bilərlər. Yuxuda tənhalıqda əylənmək başqaları tərəfindən diqqətsizlik və etinasızlığa işarədir. Və bu səbəbdən biz özümüzü yuxuda ətrafdakıların acığına təklikdə əylənməyimizi görürük. Digər hallarda bu, ətrafdakılarla aranızda məsafə saxlamağınızdan irəli gəlir. Belə yuxular tənhalıq və sakitlik hissləri ilə müşayiət olunur? Qrup oyunları. Kollektiv oyunlar haqqında yuxular fərdlərarası ünsiyyət sahəsində imkanlarınızı inkişaf etdirməyə işarədir.Ola bilsin ki, bu yuxular sizin başqaları ilə münaibətinizdə etinasızlığınıza işarədir və rela həyatda daha çox dostluq münasibətləri yaratmaq yaxşı olardı. Yuxuda oynadığınız oyun əyləncəli olub və sizə yarışı xatırladıb?

Dağlar. Dağlar böyüklük, əzəmət, təhlükə və müqəddəs torpaq əlamətidir. Dağları çox sevdiyinizə görə onları yuxuda görə bilərsiniz. Dağlar ürəyinizdə təbiətə, həyata sevgi və canlanma hisslərini yarada bilər. Hərdən ya öz seçiminiz, ya da anlaşılmaz şəraitlərə görə özünüzün dağı aşması vacibdir.Yürüşünüzdən qabaq kimlə görüşdüyünüz, nə üçün getdiyiniz və arzularınızın dağında nəyə rast gəlməyə ümid etdiyinizi xatırlayın.Uzun müddət dağ zirvəsi görmək yaxşı əlamət sayılıb.Nəyinsə axtarışındasınızmı və ya real həyatın hansısa sahəsində uğur qazanmaq imkanı hiss edirsinizmi və ya artıq zirvəyə çatmısınızmı?

Rəqs. Rəqslər insana möhkəm psixoloji və mənəvi rahatlıq verir. Bir çox primitiv mədəniyyətlərdə rəqs müqəddəs təsirlərə aid olur və eyni zamanda yaxşı rahatlıq və istirahət metodu hesab olunur. Otuz əsrdən çox bir dövrdə dini bütlər qarşısında ritual rəqslər tərifləmə və ilahi prinsiplərə pərəstiş rəmzi olub. Bir qayda olaraq, belə rəqslər Allah sitayiş və onun xeyir-duasını almaq üçün ifa edilirdi.Müasir mədəniyyətdə rəqslər əyləncə sahəsinə aid edilir və iki əks cinsin nümayənədləri arasında oynanılan dindən uzaq bi əlamət kimi qiymətləndirilir.Biz rəqs edərək özünəməxsus şəkildə gələcəkdə xoşbəxt münasibətlərə ümidimizi ifadə edirik. Bununla bağlı bir çoxları üçün rəqs seksual məna kəsb edir. Yuxuda tək yoxsa kiminləsə rəqs edirsiniz? Bu onunla bağlı ola bilər ki, sizin üçün rəqs daha dərin məna kəsb edir.Bir çox insanlardan "necə istəyirəm elə də rəqs edirəm" ifadəsini eşitmək olar ki, bu da həmin insanın ətraf mühitə nümayişanə fikirlərini ifadə edir. Yuxuda tərəf müqabilinizlə oynayırsınızsa, bu onu göstərir ki, çoxluqda özünüzü narahat hiss edirsiniz. Burada hansı rəqsi oyandığınız və nə geyindiyinizi nəzərə almaq lazımdır. Sizin üçün başqaları rəqs edir? Bu anda sizin həmin insanlara münasibətiniz əks olunur. İkisindən biri: ya bu insana qarşı ehtiraslısınız, ya da əksinə. Bu cür yuxular öz açıq-saçıqlığı ilə yuxu görən adamı heyrətə gətirir. Özünüz rəqs etdiyiniz halda müəyyən edin ki, həqiqətən təklikdə rəqs edirsiniz yoxsa sanki sizinlə birlikdə tərəf müqabiliniz də fırlanır? Ola bilsin ki, sizə elə gəlir ki, digərləri sizin nüfuzunuzu tanımırlar və sizinlə qarşılıqlı münasibətlərdə öz öhdəliklərini yerinə yetirmirlər. Rəqs və musiqi bir-birinə uyğun gəlmirsə və ya rəqsdə musiqisiz rəqs edirsinizsə, ola bilsin ki, siz həyatınızın hansısa tərəfini və münasibətlərinizi şübhə altına qoyursunuz. Başqaları sizin üçün rəqs edirlərsə, buna aydınlıq gətirin: rəqs seksualdır yoxsa o daha çox mərasim xarakteri daşıyaraq çıxışlara oxşayır? Nə üçün?

Əmi (bibi, dayı, xala) oğlu. Yuxuda əmi oğlu, əmi qızını görmək qəm,kədər, peşmançılıq əlamətidir. Bu yuxu həyatınızda qəmli hadisələrə işarədir. Yuxuda əmi qızı, əmi oğlu ilə məktublaşırsınızsa,bu ailələr arasında qəti ayrılığa işarədir.

Öpüş. Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.

Milli.Az