Land Rover dəyişir

18 Aprel 2015 20:03
Land Rover brendi şirkətin tərkibində xüsusi Heritage bölməsinin açılacağının rəsmi anonsunu elan edib. Yeni açılacaq bölmədə markanın klassik yolsuzluq avtomobillərinə xidmət göstərmək, həmçinin, ən azı, 10 il əvvəl seriya istehsalı dayandırılmış avtomobillər üçün hissələr istehsal etmək nəzərdə tutulur.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bir sözlə, şirkət Range Rover Classic (1970 - 1996), Range Rover P38 (1994 - 2002) və birinci və ikinci nəsil Land Rover Discovery (1989 - 1998 və 1998 - 2004) kimi avtomobillərin sahiblərinə xoş sürpriz hazırlayıb. Bundan başqa, yeni təşkil edilmiş Land Rover Heritage bölməsi bu ilin sonunda istehsalı dayandırılacq əfsanəvi Defender yolsuzluq avtomobili üçün növbəti 15 il ərzində ehtiyat və komplektləşdirici hissələr buraxacaq.

Land Rover Heritage bölməsinin xüsusi bölmələri Britaniya markasının dünyanın bütün ölkələrindəki diler mərkəzlərində təşkil ediləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.