Bu gün Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Düzdür, mətbutda milli sevgililər günü məsələsi geniş işıqlandırılır, ancaq cəmiyyətdə elə də böyük fərq görülmür.
Əgər 14 fevralda əlində böyük "mişka" və ya gül buketi ilə sevgilisinin görüşünə tələsən oğlanlara küçədə çox rast gəlinirsə, 30 iyunda bunu görmək nadir hadisədir. Deməli, insanlar Qərbdən bizə ixrac olunmuş, daha qədim tarixə malik dəyərləri daha rahat mənimsəyə bilirlər, nəinki yeni yaranmışları.
Sevgililər gününün tarixi ilə bağlı yazıb oxucularımızı yormaq niyyətində deyilirk. Sadəcə bir neçə xatırlatma etmək istəyirik.
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı təkliflə çıxış etməyənə qədər 30 iyun milli Sevgililər Günü bir neçə il əvvələ qədər yox idi. Zeynallı təklif edird ki, 30 iyun tarixi 20 Yanvar şəhidləri İlham və Fərizənin evlilik tarixləri olduğu üçün Sevgililər Günü kimi qeyd edilsin. Bu təklifi ölkəmizdə bəyənənlər də oldu və elə ona görə də ideya bir qədər yayıldı. Ancaq yenə də 14 fevral qədər populyar olmadı.
İndi də gənclərimiz öz sevgilərini 14 fevralda - Müqəddəs Valentin Günündə etiraf edirlər. Həmin gün sevgililərinə hədiyyələr alırlar. Bir qisim isə düşünür ki, sevginin günü yoxdur. Ona görə də insan sevgisini istənilən gün izhar edə, istədiyi vaxt sevgilisinə sürprizlər hazırlaya bilər.
Bəs siz necə düşünürsünüz, əziz oxucular?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Milli.Az