Zaurla Günayın dəniz kefi - VİDEO - FOTO

26 İyun 2015 15:30

ATV-nin tanınmış cütlüyü Zaur Günay Baxşəliyevalar gərgin işin yorğunluğunu canlarından çıxarmaq üçün Azərbaycanın gəzməli-görməli məkanlarına üz tutublar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sevilən cütlük istirahətin dadını birlikdə çıxarır.
 
Onlar istirahət zamanı çəkdirdikləri fotoları özlərinin İnstagram səhifələrində paylaşıblar. Dəniz kənarında romantik gəzintiyə çıxan ər-arvad bir-birlərinə duyğulu anlar yaşadıblar.
 
Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayevin repertuarından olan "Bir daha" adlı mahnısını bir-birinin şərəfinə oxuyan Günayla Zaur həmin videonu da İnstagram səhifələrində paylaşıblar. Altından isə bu sözləri yazıblar: "Dəniz adamı oxudur".
 
Milli.Az