3 ən yaxşı əsərimiz hansıdır? - Məşhurlar cavab verdi

29 İyun 2015 00:25

Keçmiş xalq yazıçısı: "Müstəqillik dövründə yetkin roman yazılmayıb"

Milli.Az sorğu keçirib: "Sizcə, müstəqillik dövründə yazılan üç ən yaxşı romanımız hansıdır?"
Nəticələri təqdim edirik. Sıralamalar şərtidir.

Əkrəm Əylisli:
- Mənim fikrimcə, müstəqillik dövründə ciddi, yetkin bir roman yazılmayıb. Ancaq həmin romanı yaza biləcək gəncləri görürəm. Məsələn, Pərviz Cəbrayılın, Seymur Baycanın, Qan Turalının adını çəkmək olar. Gəncliyə ümidim böyükdür, onlar nəyəsə nail olmaq üzrədir.

Rəşad Məcid:

Kamal Abdulla - "Unutmağa kimsə yox"
Anar - "Ağ qoç-qara qoç"
Aqil Abbas - "Dolu"

Nəriman Əbdülrəhmanlı:

- Kamal Abdulla - "Yarımçıq əlyazma"
Afaq Məsud - "Azadlıq"
Nəriman Əbdülrəhmanlı - "Yolçu"

Azad Qaradərəli:

- Nərmin Kamal - "Aç, mənəm"
Seymur Baycan - "Quqark"
Aqşin Yenisey - "Göləqarğısancan"

Qeyd: Təbii ki, bunlar mükəmməl roman nümunələri deyil. Sadəcə, roman janrının nisbətən uğurluları bunlardır və ən yaxşı romanı da yaxın 10-20 ildə indiki gənclərin yazacağına əminəm.

Murad Köhnəqala:

- Həmid Herisçi - "Solaxay"
Şərif Ağayar - "Haramı"
Aqşin Yenisey - "Göləqarğısancan"

Əsəd Cahangir:

- Anar - "Otel otağı"
Anar - "Ağ qoç-qara qoç" 
Anar - "Göz muncuğu"

Bu üç əsər keçid dövrü Azərbaycan xalqının tarixi taleyini daha dəqiq əks etdirir.

Zamin Hacı:

- Seymur Baycan - "18,6 sm"
Əli Əkbər - "Sarı gəlin"
Pərviz Cəbrayıl - "Yad dildə"

Elnur Astanbəyli:

- Sabir Əhmədli - "Axirət sevdası"
Murad Köhnəqala - "Bulud pinəçisi"
Seymur Baycan - "Quqark"

Şəhriyar del Gerani:

- Hemid Herisçi - "Solaxay"
Xanəmir - "Maqlar"
Şəhriyar del Gerani - "İntihar Hörüyü"

Ülviyyə Heydərova: 

- Anar - "Ağ qoç-qara qoç"
İlqar Fəhmi - "Aktrisa"
Kamal Abdulla - "Yarımçıq əlyazma"

Şahbaz Şamıoğlu:

- Kamal Abdulla - "Yarımçıq əlyazma"
Nəriman Əbdülrəhmanlı - "Könül elçisi"
Etimad Başkeçid - "Mənə min yol söylər"

Şahbaz Xuduoğlu:

- Oxuduqlarım arasında yalnız Pərviz Cəbrayılın "Yad dildə"sinin adını çəkə bilərəm.

Yalçın İslamzadə:

- Açığı, bizdə hələ yaxşı roman yazıldığını düşünmürəm. Ola bilsin ki, burada mənim yerli romanlardan az məlumatlı olmağım da rol oynayır. Azərbaycan yazıçısının dünyəvi, elmi, insani, bioloji bilikləri azdır, ona görə də inandırıcı, real hadisə və obraz yarada bilmir. Magik realizmə, pafosa, ifrat poetizmə varır.
Yaxşı roman yazmaq üçün yaxşı ədəbi dil, ciddi tərtibat zehni, səhnəni və obrazları inandırıcı şəkildə detallandırmaq üçün ciddi dünyəvi, material bilgi lazımdır. Bütün bunları özündə birləşdirən müəllif olmadığına görə üç ən yaxşı yerli romana namizədlərim yoxdur.
Ümumiyyətlə, yaxşı romanda əsas şərtərdən biri fərdin həyatından, ya da lokal hadisələrdən istifadə edərək bəşəri prinsipləri göstərə bilməkdir. Bizim yazıçıların ilk işi dünyanı yaxşı tanımaq, ciddi humanitar və material bilgilər qazanmaqdır. Yaxşı roman bundan sonra yazıla bilər.
Yuxarıdakı şərtlər müəyyən qədər formalaşmağa başlayıb və yaxın zamanda Seymur Baycan, Əli Əkbər, Rasim Qaraca, Şərif Ağayar və ya Qan Turalı birlikdə, ya da, sadəcə, biri əsl roman yazmağa real namizədlərdir.

Şəmil Sadiq:

- İsa Muğanna - "Cəhənnəm"
Aqil Abbas - "Dolu"
Şəmil Sadiq və Müşfiq Xan - "Ümidlərin izi ilə"
Dördüncünü soruşsaydınız, Vüqar Zifəroğlunun "Sirr"ini deyərdim. Qeyd edim ki, bunlar mənim bir ədəbiyyatşünas kimi yox, oxucu kimi fikirlərimdir. 

Xanım İsmayılqızı:

- Afaq Məsud - "Azadlıq"
Afaq Məsud - "İzdiham" 
Zahid Sarıtorpaq - "Dərdin sarı çəpkəni"

Ehtiram İlham:

- Səfər Alışarlı - "Maestro"
Afaq Məsud - "İzdiham"
Əyyub Qiyas - "Sultan körpüsü"

Sevinc Elsevər:

- Çətin sualdı. Məncə, mən hamısını oxuya bilməmişəm. Amma oxuduqlarımın arasında Seymur Baycanın "Quqark"ını, Nərmin Kamalın "Aç, mənəm" romanını kifayət qədər yaxşı əsərlər sayıram. Roman çoxdu, hamısı ilə tanış olmadığıma görə tam cavab verə bilmirəm. Heç dostum Şərif Ağayarın "Haramı" romanını oxuya bilməmişəm. Kitabı almışdım, evdən yoxa çıxdı.
Çox əsər də var ki, müəyyən səbəblərdən, ən çox da vaxt darlığından oxuyub bitirə bilməmişəm.

Könül Həsənqulu:

- Etiraf edim ki, yerli nəsr əsərlərinə marağım güclü deyil. Sevərək oxuduğum dünya ədəbiyyatı ilə qarşı-qarşıya qoyulacaq nəsr nümunələrinin yaranmasına daha çox şairlərimizin poetik istedadına söykənərək ərsəyə gətirəcəkləri romanlarıyla xidmət edəcəyini düşünürəm. Buna misal olaraq Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni", Fərid Hüseynin "Qandalı görməsin" romanlarının adını rahatlıqla çəkə bilərəm. Bir də gənc yazıçı xanım Sahilə İbrahimovanın "Çevriliş" romanı bu səpkidən olan əsərlərdəndir.

İkinci Mahmud:

Kamal Abdulla - "Sehrbazlar dərəsi"
Seymur Baycan - "Quqark"
Ağlıma başqası gəlmir. Bu cür sıyahılar subyektiv xarakter daşıyır və bütünlükdə ədəbi mənzərəni əhatə etməyə bilər. Mən oxuduğum yeni romanların içindən ancaq bu iki əsəri qeyd edərdim. Onluğu yaxud iyirmiliyi tərtib etmək üçlüyü tərtib etməkdən daha asandır.

Səxavət Sahil:

Etimad Başkeçid - "Min yol mənə söylər" 
Kənan Hacı - "Yağ kimi" 
Aqşin Yenisey - "Göləqarğısancan"

Kəramət Böyükçöl:

Kamal Abdulla - "Yarımçıq əlyazma"
Kamal Abdulla - "Unutmağa kimsə yox"
Etimad Başkeçid - "Min yol mənə söylər"

Kənan Hacı:

Afaq Məsud - "Azadlıq"
Səfər Alışarlı - "Maestro"
Kamal Abdulla - "Yarımçıq əlyazma"

Rəbiqə Nazimqızı:

Sabir Əhmədli - "Axirət sevdası"
Kamal Abdulla - "Yarımçıq əlyazma" 
Pərviz Cəbrayıl - "Yad dildə" 
Birini də artırmağa imkan verin, Səfər Alışarlının "Maestro"sunu deyim.

Elmin Nuri:

Xanəmir Telmanoğlu - "Maqlar"
Həmid Herisçi - "Solaxay"
Orxan Fikrətoğlu - "Ölü mətn"

Əsəd Qaraqaplan:

Kamal Abdulla - "Sehirbazlar dərəsi"
Xanəmir - "Osmanlı"
Əsəd Qaraqaplan - "Savaşroman"

Dilqəm Əhməd

Əlisa Nicat - "Ehram"
Nəriman Əbdülrəhmanlı - "Qurban"
Mirmehdi Ağaoğlu - "Küləyi dişləyən"

Hikmət Carçılı Orhun:

- Səfər Alışarlı - "Maestro"
  Səfər Alışarlı - "Maestro"
  Səfər Alışarlı - "Maestro"

Sevinc Fədai
Milli.Az