Bundan əlavə arxa sərnişinlərin ixtiyarına siyirmə sensor monitorlar verilib. Onların köməyi ilə avtomobilin bir çox funksiyalarını idarə etmək mümkündür.
Xüsusi ion filtr sistemi və 19 səsgücləndiricili yüksək keyfiyyətli Bowers & Wilkins akustik sistem dörd sərnişinin ixtiyarına verilib. Əlbəttə ki, salon bütünlüklə yüksək keyfiyyətli dəri ilə işlənib və dövrələmə işıqlandırma əldə edib.
Şəkillərə əsasən demək olar ki, avtomobil XC90 T8 hibrid modifikasiya bazasında hazırlanıb. Bu o deməkdir ki, dəbdəbəli yeni model toplam 400 a.g. və 640 Nm fırlanma anına sahibdir.
Milli.Az