Milli.Az 4charx.com-a istinadən bildirir ki, qadın artıq ştatda çox məşhurdur. Dünyanın ən texnoloji avtomobillərindən birində yaşlı bir qadını görmək həmişə mümkün olmur. Qeyd edilir ki, 918 Spyder -in sahibəsi avtomobildə əsasən sərnişin qismində hərəkət edir. O özünə sürücü götürüb və hibriddən gündəlik bazarlığa və ya hər hansı bir iş dalınca gedərkən istifadə edir.
Xatırladaq ki, Porsche 918 Spyder tarix boyu ən güclü (870 a.g.) seriya hibrid avtomobillərindən biridir. Bundan başqa hazırda model alman avoistehsalçının istehsal etdiyi ən bahalı maşındır. Hibrid superkarın qiyməti 845 000 dollardır.
Milli.Az