Erməni Yeva Rivas "Avroviziya" vasitəsilə qisas alır

23 Fevral 2010 12:40
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rivasın Yerevana qayıtması və "Avroviziya"ya qatılmaq uğrunda mübarizəyə qoşulmasının gizli səbəbi varmış. Sən demə, vaxtilə yerli ifaçı Arame ilə sevişən Rivas sonradan ayrıldığı sevgilisinə öz bacarığını sübut etmək fikrinə düşüb.

Məlumata görə, vaxtilə ifaçılar hətta nişanlı olublar. Lakin sonradan Rivasın yeni sevgilisi meydana çıxıb və cütlük ayrılıb.

"İndi Rivas Yerevana qayıdıb ki, keçmiş sevgilisindən qisas alsın, ona nəyə qadir olduğunu göstərsin", - deyə erməni mətbuatı yazır.

Milli.Az