Milli.Az auto.az-a istinadən bildirir ki, yenilənmiş krossoveri restaylinqdən əvvəlki görünüşü ilə yeni bamperlər, daha kompakt qabaq optika, yeni radiator barmaqlığı və təkmilləşdirilmiş dizaynı olan təkər diskləri ilə fərqləndirmək olar. Bundan əlavə, "RAV4"-ün rəng qamması da dəyişib.
Məlumdur ki, Şimali Amerika bazarında "SE" komplektasiyası da peyda olacaq. O, idman aerodinamikası, diodlu fənərlər, bir qədər sıxılmış asılqan və 18-düymlük disklərlə seçiləcək.
Güc qurğusunun yeni tərkibinə 2,5-litrlik benzin atmosfer, arxa oxda elektrik mühərriki və variator daxildir. Onların göstəriciləri barədə hələlik məlumat yoxdur. Lakin "Toyota"da bildirirlər ki, o, daha güclü və dinamik olacaq.
Çox güman ki, avtomobil "Lexus NX 300h" ilə eyni gücə malik olacaq - 197 a.g. "Toyota RAV4"-ün hibrid versiyası ABŞ bazarında bu ilin payız aylarında peyda olacaq.
Milli.Az