Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina Qriqoryeviç İvanişvili 5,2 milyard dollarlıq varidatın sahibdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1991-ci ildən Yekaterina Xvededze ilə evli olan 59 yaşlı siyasətçi və milyarderin Bera, Uta, Qvansa və Sotne adlı 4 övladı var.
B.İvanişvili Tbilisidə 43 milyon dollar dəyərində ultramodern malikanəyə də malikdir. Malikanəsindəki zooparkında o zebralar, köpəkbalıqları və pinqvinlər təki ekzotik heyvanlar saxlayır.
İvanişvilinin dediyinə görə, Tbilisidəki leysanlar, sel və daşqınlar nəticəsində məhv olmuş zooparkın bərpasına yardım edəcək.
B.İvanişvilinin 20 yaşlı albinos oğlu, Repe Bera da daşqından zərər çəkmiş Tbilisiyə yardım məqsədilə beynəlxalq kampaniyaya başladığını söyləyib.
Gürcüstanın sabiq prezidenti, seçkilərdə B.İvanişvilinin başçılıq etdiyi "Gürcüstan arzusu" hərəkatına uduzmuş Mixeil Saakaşvilinin dediyinə görə, bu milyarder varidatını sürəkli qanun pozuntuları ilə toplayıb.
Milli.Az