Polis elitasında seks qalmaqalı - FOTO

1 Fevral 2011 14:04
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ilə bağlı böyük qalmaqal yaranıb.

Birləşmiş Ştatların hüquq-mühafizə orqanlarının elitası, cinayətkarlıqla mübarizədə avanqard qüvvə hesab edilən federal agentlərin kompüterlərində pornoqrafik və seksual məzmunlu fotoşəkillərlə videolar aşkarlanıb.
Aparılmış yoxlama zamanı FTB-nin 1000-ə yaxın agentinin kompüterində belə faylların olduğu bilinib. Bir agent isə "mənbə" ilə seksual əlaqələrdə suçlanaraq işdən qovulub.

Baş verənlərlə bağlı hazırlanmış hesabat biabırçı təfərrüatlarla zəngindir. Məsələn, FTB-nin mərkəzi ofisində yüksək rütbəli bir əməkdaş iş vaxtı qapını içəridən bağlayaraq pornoqrafiyaya baxmaqla məşğul olub və bu zaman ona zəng vuran digər əməkdaşlara "araşdırma ilə məşğulam" deyib.

Digər əməkdaş ezamiyyət alaraq, ona ayrılmış vaxt və pulu striptiz barda xərcləyib.
FTB Agentləri Assosiasiyasının prezidenti Konrad Motika bildirib ki, belə "davranış biabırçı, yolverilməzdir".

Xatırladaq ki, ABŞ-ın Federal Təhqiqat Bürosunda 34300 nəfər çalışır. Onların 13700 nəfəri federal agentlərdir.

Tural
Milli.Az