Bakıda saxta pul həyəcanı: cibinizdən diqqətli olun - FOTO

18 İyun 2015 18:01

Sosial şəbəkələrdə Bakıda saxta pul yayılması barədə məlumat yayılıb. Milli.Az xəbər verir ki, Yasamal və Nərimanov rayonlarında bir qrup şəxs saxta pulları mağazalara yaymaqla məşğuldur. 

Yayılan məlumata görə, pullar, əslində, heç seçilmir, kağızı da çox oxşardır. Saxta pul ələ toxunanda da həqiqisindən seçmək çətindir. Sadəcə, arxa tərəfindəki parlaq zərli xəttə baxanda bilmək olur. Saxta pullar xüsusi olaraq laminasiya olunub. Bəzi mağazalar hətta xəbərləri olmadan insanlara saxta pulu qalıq kimi qaytarırlar. Sonra isə müştəri ilə satıcı arasında problem yaşanır. Saxta əskinazlar, əsasən, 5 və 1 manatlıqdır. 

Məsələ ilə bağlı sözügedən rayonların polis idarələrindən Milli.Az-a bildirildi ki, saxta pulla bağlı onlara məlumat daxil olmayıb. 

Gülər
Milli.Az