Qahirə Muzeyi bir neçə gündən sonra açılacaq
31 Yanvar 2011 19:51
Bu haqda "Time" Qədim Misir üzrə Ali Şuranın baş katibi Zaxi Xavassın bəyanatına istinadən xəbər verib.
Onun sözlərinə görə, vandallıq əlamətləri nəticəsində 100-ə yaxın muzey eksponatına zərər dəyib. Lakin onların hamısı bərpa oluna bilər.
Qarətçilərin yanvarın 28-də muzeyə daxil olmalarının səbəbi polisin binanı tərk etməsi olub.
"Mən çox şadam ki, bu insanlar ağılsız olublar. Onlar suvenir mağazasını yarıblar. Şükür Allaha, onlar hesab ediblər ki, suvenir mağazası məhz elə muzeyin özüdür", - deyə Xavass bəyan edib.
Milli.Az