Telejurnalist Səadət Məmmədova: "Efirə dönmək arzusundayam"
31 Yanvar 2011 17:43
Milli.Az xəbər portalına verdiyi açıqlamasında S. Məmmədova bildirib ki, mətbuat katibi qismində komitədəki işindən həmişə məmnun olub.
"Həm kollektiv, həm də kütləvi informasiya vasitələri, həmkarlarımla həmişə yaxşı anlaşmışam. İşdən getməyimdə də heç bir xüsusi səbəb axtarmaq lazım deyil. Sadəcə, televiziyaya qayıtmaq istəyirəm. Buna görə də DİDK-dəki vəzifəmdən getməyə qərar verdim. Bu, mənim seçimimdir. Efirə dönmək arzusundayam. Bu həftədən etibarən imkanları və şansları araşdıracağam", - S.Məmmədova bildirib.
Xatırladaq ki, Səadət Məmmədova Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində 2007-ci ilin may ayından işləyirdi. O bu vəzifəni 2011-ci il yanvarın 28-də tərk edib.
Bundan əvvəl Səadət Məmmədova AzTV-də, "Space" TV-də, "İnternyus Azərbaycan" media təşkilatında, "Lider" TV-də və ANS TV-də çalışıb.
O, 1996-cı ildən jurnalist fəaliyyəti ilə məşğuldur.
Milli.Az