Neft şirkətləri Misiri tərk edir

31 Yanvar 2011 17:30
Milli.Az xəbər portalının "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Rusiyanın "LUKoyl", Norveçin "Statoil ASA" şirkətləri artıq bu ölkədəki fəaliyyətini "dondurub". Qahirədəki ofisini bağlamış daha bir qurum "Royal Dutch Shell Plc" şirkətidir. İtaliyanın "Eni" şirkətinin də anoloji addımı atmağa hazırlaşdığı bildirilir.

Xatırladaq ki, Misirdə bir neçə gündür Hüsnü Mübarək hakimiyyətinə qarşı qiyam qalxıb. Qahirə və digər şəhərlərin küçələrində iğtişaşlar səngimir.

Milli.Az