Kadir İnanırın yeni serialı başlayır - FOTOSESSİYA

31 Yanvar 2011 16:51
Milli.Az xəbər portalı telekanalın internet saytına istinadən xəbər verir ki, "İzmir çetesi" serialında baş rolları məşhur aktyor Kadir İnanır, Mustafa Üstündağ və Kenan Ece canlandırır. Tezliklə yayımına başlanılacaq serial Selami (Mustafa Üstündağ) və Ateş (Kenan Ece) adlı iki dələduzdan bəhs edir. Onlar bir dava-dalaşla əlaqədar polisə düşürlər və orada tanış olurlar. İki dələduz o vaxtdan birlikdə işləməyə başlayır. Onlar yaratdıqları dəstəyə "İzmir çetesi" adını qoyurlar.

Cemal (Kadir İnanır) isə hədsiz sakit həyat sürür və 20 ildir eyni məhəllədə ticarətlə məşğul olur. O, İzmirin qədim məhəllələrindən birində universtitdə oxuyan qızı ilə birlikdə yaşayır. Cemalın ən böyük arzusu 20 ildir topladığı pulla qızına ev ala bilməkdir. Onun bu arzusunun qarşısına "İzmir çetesi" çıxır...

Milli.Az