Vaqif İbrahimoğlu iş başına qayıtdı

31 Yanvar 2011 15:49
Teatrallara xeyir xəbərimiz var - "YUĞ" Dövlət teatrının baş rejissoru Vaqif İbrahimoğlu bir neçə aydır səhhətində baş qaldırmış problemlərdən sonra əmək fəaliyyətini bərpa edib. Teatrdan Milli.Az-a  verilən məlumata görə o, "YUĞ"un səhnəsində "Diogenin çəlləyi", Akademik Milli Dram Teatrının səhnəsində isə M.F.Axundovun "Lənkəran xanının vəziri" səhnə əsərlərini ərsəyə gətirəcək.  

Xatırladaq ki bir müddət öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında "Azdrama"da  baş rejissor, ikinci rejissor anlayışının olmayacağını, bütün rejissorlarla müqavilə əsasında əməkdaşlıq yaradılacağını demişdi. Teatrın direktoru İsrafil İsrafilov isə media təmsilçiləri ilə görüşündə 2011-ci il ərzində 5 tamaşanın hazırlanacağını, lakin yaradıcı və təşkilati işin gedişindən asılı olaraq bu plana əlavələrin də ediləcəyini bildirmişdi.

Samirə
Milli.Az