APA-nın verdiyi məlumata görə, bu gün saat 10.15 radələrində Hacıqabul-Şirvan magistralında "VAZ 21015", "Toyota", "Mercedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "VAZ 21015" markalı avtomobilin sürücü, Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Əkbərov Vüqar Əsgər oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Həmin avtomobildə olan sürücünün qardaşı oğlu, 2003-cü il təvəllüdlü Əkbərov Baloğlan Yaşar oğlu isə kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az