Tiflisdə fəlakət: ölənlərin sayı artır - YENİLƏNİB - FOTOSESSİYA

14 İyun 2015 11:20

11:20

Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın "Rustavi2" telekanalı xəbər verir.
 
Bundan öncə verilən məlumatlara əsasən, daşqın qurbanlarının sayı 5-ə olub.
 
Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir.
 

---------

09:58

Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və  bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyidinin  aşkarlandığını bildirib.             
 
Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
 
Tiflisin bir neçə  mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.    
 
Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.    
 
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin  xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir. 

---------

08:47

Qonşu Gürcüstanda güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub.

Anspress-in məlumatına görə, bu barədə xəbəri "Qruziya Onlayn" yayıb.

Yerli mətbuat bildirir ki, paytaxt Tiflisin bir çox küçə və meydanları suya qərq olub. Su axını yaşayış evlərinin zirzəmisini və birinci mərtəbələrini tutub.

Tiflis xilasetmə xidmətləri son daşqının qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər. 

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən, son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərargah yaradılıb. 

Bir neçə nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Rəsmi təsdiqlənməsə də, iki nəfərin ölməsi barədə xəbərlər yayılıb.

Bundan əlavə, Tiflis sakinləri daha bir problem yaşayırlar. Şəhərdə suya qərq olmuş zooparkdan qaçan vəhşi heyvanlar gəzir. Onların arasında şir və pələnglər də var.

Milli.Az

------------

10:45