Perulu gözəlçə kimi görəndə ehtizaza gəlir? - FOTO

31 Yanvar 2011 15:12
Milli.Az xəbər portalı Perunun "Depor" qəzetinə istinadən bildirir ki, model Mikaela Peyc İtaliyanın "Milan" klubunun braziliyalı forvardı Aleşandro Patoya vurulub.
Gözəlçənin dediyinə görə, "rossoneri"nin matçlarından birini də buraxmır.
"Aleşandro meydanda peyda olanda bəxtəvərliyimin həddi-hüdudu yoxdur. Pato qol vuranda isə sabaha qədər sevinib bayram etməyə hazıram. "Papero"mun uğurlarını görəndə hər dəfə transa düşür, ehtizaza gəlirəm", - Peyc deyib.
İtalyan dilində "Papero"nun mənası "qaz balası" və ya "sadəlövh insan"dır.

Elton Ağalarov
Milli.Az