Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti yenə uzadıldı

31 Yanvar 2011 14:16
Bu barədə məlumatı Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib. Onun sözlərinə görə, qadağa müddətinin uzadılması qabaqlayıcı tədbirlərlə bağlıdır.

Xatırladaq ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq ötən il noyabrın 5-də ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan olunmuşdu. Lakin dekabrın 1-dən etibarən qadağanın yenidən tətbiqinə başlanılıb və bu müddət artıq bir dəfə uzadılıb.

Milli.Az