Rusiya Soçi Olimpiadasının təhlükəsizliyinə 2 milyard dollar ayıracaq

31 Yanvar 2011 13:32
Milli.Az xəbər portalının "Vedomosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın güc strukturlarına yaxın mənbə bildirib. O, bütün xərclərin federal büdcədən ayrılacağını söyləyib. Bunun üçün Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi yeni texnikalar və silahlar alacaq.

Vankuverdə keçirilmiş Olimpiadada təhlükəsizlik tədbirlərinə təxminən 900 milyon dollar xərclənmişdi. İndiyədək bu baxımdan ən bahalı Olimpiada 2004-cü ildə Afinada təşkil olunmuş yarış olub. O zaman təhlükəsizlik tədbirləri 1,5 milyard dollara başa gəlmişdi.

Milli.Az