“İRƏLİ” Gənclər Mərkəzinin açılış mərasimi keçiriləcək

31 Yanvar 2011 12:56
Tədbirlər çərçivəsində fevralın 1-də İçəri Şəhərdə (Sabir küçəsi 3, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Atəşgah Sığorta  və "hp" şirkətinin dəstəyi ilə "İRƏLİ" Gənclər Mərkəzi adlanacaq çoxfunksiyalı, ümumi ərazisi min kvadrat metr olan gənclər mərkəzinin açılış mərasimi keçiriləcək. "İRƏLİ" İctimai Birliyindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkili Ceyhun Osmanlı, müxtəlif biznes, media və digər sektorları təmsil edən qonaqlar iştirak edəcəklər.

Milli.Az