Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, ABŞ-ın İndiana ştatında yaşayan 19 yaşlı Erik Cekmən Günəş enerjisinin gücündən istifadə edərək dəmir və daşları belə əridən şüa əldə edə bilib.
5800 kiçik gücgüdən ibarət reflektor hazırlayan gənc Günəşin şüalarını "bir yerə toplayaraq" daşı belə, əridən və dəmir bankaları ortadan böən güclü "ölüm şüası" yaradıb. "Adi peyk anteninin səthinə çoxlu güzgülər yapışdırdım və bu çanaq da insanı öldürə biləcək gücə malik şüa əldə etməyə imkan verdi", - Cekman bildirib.
Gənc amerikalının əldə etdiyi şüa poladı əridir, alüminiumu buxarlandırır, betonu qaynadır və istənilən üzvi maddəni bir anda yox edir.