Konstitusiya Məhkəməsi Nazarbayevin ömürlük prezidentliyinə «yox» dedi
31 Yanvar 2011 11:19
Milli.Az xəbər portalının "İnterfaks"a istinadən verdiyi məlumata görə, dəyişiklik qanunsuz hesab edilib.
Xatırladaq ki, sənəd ölkə başçısı Nursultan Nazarbayevin prezident səlahiyyətlərinin 2020-ci ilədək uzadılmasını nəzərdə tutur.
"Respublikanın prezidenti 1 ay müddətində Konstitusiya Məhkəməsinin qərarına etirazını bildirmək səlahiyyətlərinə malikdir", - deyə məhkəmənin sədri İqor Roqov bildirib.
Milli.Az