Bakıda sabiq polis işçisi valyutadəyişmə məntəqəsinə basqın etdi

31 Yanvar 2011 10:58
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə yanvarın 29-da törədilib. İki naməlum şəxs rayon ərazisində yerləşən valyutadəyişmə məntəqələrinin birinə gələrək, oranın müdiri Qasım Mustafayevi tapança ilə hədələyib, içərisində pul olan çantanı aparmağa cəhd göstəriblər.

Nərimanov Rayon Mühafizə İdarəsi və 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Ramiz Əsgərov və Bakı şəhər sakini Nazim Əliyev tutulub. Onlardan 1 ədəd "Kanas" markalı tapança götürülüb.

Tutulan Ramiz Əsgərov maşın ustası, Nazim Əliyev isə sabiq polis əməkdaşıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az