Kamran Şahmərdan Akademik Milli Dram Teatrında

31 Yanvar 2011 10:40
Milli.Az xəbər portalının məlumatına görə, Akademik Milli Dram Teatrında tamaşa qoymaq üçün xarici ölkələrdən dəvət alan rejissorlar sırasında Kamran Şahmərdan da var.

Xatırladaq ki, Finlandiyanın İmatra şəhərində yaşayan Kamran Şahmərdan uzun illər öncə yaratdığı "Ağ və Qara" Teatrında çalışır. Rejissor son bir neçə ildə dövlət sifarişilə Azərbaycanın müxtəlif teatrlarında tamaşalar hazırlayıb. Rejissorun son işi S.Vurğun adına Rus Dram Teatrında yazıçı Elçinin "Cəhənnəm kirayənişinləri" əsəri əsasında quruluş verdiyi eyniadlı tamaşa olub. Ancaq rejssorun Elçinlə əməkdaşlığı bu il də davam edəcək. Belə ki, Akademik Milli Dram Teatrın səhnəsində dramaturqun "Teleskop" əsəri məhz Kamran Şahəmardan tərəfindən hazırlanacaq.

Rejissor K.Şahmərdanın eksklüziv olaraq Milli.Az xəbər portalına veridyi məlumata görə, əsər, bir insanın bu günü və axirəti haqda düşüncələri, dünyadan köçdükdən sonrakı yaşantıları barəsindədir. Yəni, müəyyən mənada irrealistik təəssürat yaradan bir tamaqa olacaq.
Kamran Şahmərdan həmçinin bildirdi ki, tamaşanın məşqlərinə fevral ayının sonlarından start veriləcək. Hazırlıq prosesinə başlamaq üçün isə 15 fevral tarixində Bakıya gələcək.

S.Babayeva  
Milli.Az