Londonda Azərbaycanın da təmsil olunduğu EuroPerio8 beynəlxalq parodontologiya və implantologiya konfransı - FOTO

10 İyun 2015 12:47

3-6 iyun 2015-cü il tarixi müddətində Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycanın da qatıldığı Avropa Parodontologiya Federasiyasının (AFP-nin) təşkilatcılığı və Britanya Parodontologıya Cəmiyyətinin həm-təşkilatcılığı ilə EuroPerio8, 8-ci beynəlxalq parodontologiya və implantologiya konfransı keçirilmişdir.

Dünya nüfuzlu konfransda ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin idarə heyyəti üzvləri ilə yanaşı ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən və diplom sonrası təhsil alan 50-ə yaxın Azərbaycanlı həkimlər təmsil etmişdir. Həmçinin, konfransda Cavid Əhmədbəyli, Aslan Məmmədov, Rüstəm Ağazadə, Seymur Qurbanov və diyər həkimlər tərəfindən parodontologiya sahəsində aparılan tətqiqatların nəticələri təqdim olunmuşdur.

Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli konfrasın gedişində AFP-nin üzvü olan bəzi ölkələrin (İspaniya, İtaliya, Türkiyə, İsrail, Ukrayına, Rusya və s.) parodontologiya cəmiyyəti nümayəndələri və AFP-nin rəhbər organlarındakı məsul şəxslərlə bir çox görüşlər keçirmiş və Azərbaycan Parodontologıya Cəmiyyətinin AFP-yə üzvlüyü və bu kimi tədbirlərin Azərbaycanda təşkil edilməsinin perspektiv imkanlarını müzakirə etmişdir.

Bir sonrakı beynəlxalq konfransın (EuroPerio9) 23-26 İyun 2018 tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda keçirilməsinə qərar verilmişdir.

Azərbaycan Parodontologıya Cəmiyyəti

www.perio.az