Neft kəskin bahalaşıb

31 Yanvar 2011 09:26
Yanvarın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 3,70 dollar və ya 4,3% artaraq 1 barelə görə 89,34 dollar təşkil edib.

"APA-ECONOMICS"in məlumatına görə, yanvarın 28-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,03 dollar artaraq 99,42 dollar təşkil edib.

Milli.Az