Sosial şəbəkələrdə son vaxtlar yeni trend yayılır. " #CharlieCharlieChallenge" heşteqi ilə yayılan bu trenddə artıq on milyonlarla insan əsəblərini yoxlayıblar, qorxublar, qışqırıblar.
Sözügedən heşteqlə minlərlə foto və video çellenc yayılıb.
Milli.Az bildirir ki, "Mexican demon Charlie Charlie" adlanan çellencin qaydaları çox bəsitdir. Vərəqdə üfüqi və şaquli xətlər elə çəkilir ki, vərəq 4 kvadrata bölünür. İki əks bölmələrdə "Hə", yerdə qalan iki bölmədə "Yox" yazılır. Daha sonra vərəqin ortasına çarpaz vəziyyətdə, biri o birinin üzərində ləngər vuran vəziyyətdə iki karandaş qoyulur. Sonra isə çellenc iştirakçıları "Meksika əcinnə"sinə suallar verirlər. "Çarli"nin kefi kök olanda o, karandaşı cavablardan birinə "çevirir".
Oyun sürətlə populyarlaşsa da, ekspertlər Meksikada "Çarli adlı əcinnə"nin olmadığını deyirlər.
"Meksikalıların əfsanə və rəvayətləri qədim mayya, asteklərinə əsatirlərinə, inanclarına, habelə ispan müstəmləkəçiliyi dönəminin ayinlərinə əsaslanır. Meksika mifologiyasında "Tlaltecuhtli" və ya "Tezcatlipoca" adlı tanrılar var. Amma "Çarli" və ya "Karlitos" kimi sarsaq adlı əcinnələr ola bilməz", - professor Meriya Helena Neves söyləyib.
Karandaşın dönməsi nin səbəbi isə çox sadədir. Havanın kiçik dəyişkənliyi ləngər vuran karandaşa təsir edir.
Çellenc uşaqlar və yeniyetmələr arasında xüsusilə populyardır.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.