Yaxın Şərqdə Misirin mövqeyi dəyişir
30 Yanvar 2011 10:14
Bölgəyə pan-ərəb milliyyətçiliyini ixrac etməyə can atan Qahirə aparıcı diplomatik və hərbi qüvvə idi.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, yarım əsr keçmiş mənzərə bir qədər dəyişib. Hazırda Yaxın Şərqdə həlledici oyunçular qeyri-ərəb üçlüyündən ibarətdir.
İsrail, Türkiyə və İran - bölgənin aparıcı qüvvələrdir. Hərçənd ki, hərbi əzələ ilə yanaşı böyük əraziyə malik olan Misir ərəb dünyasında söz sahibidir.
Vaşinqtonun əsas müttəfiqlərindən olan Qahirə İsraildən sonra Amerikadan ən böyük hərbi yardım alan ölkədir. Digər bölgə dövlətləri kimi, geniş gənc əhaliyə malik olan Misir yoxsulluq və işsizlikdən əziyyət çəkir.
Real demokratiyanın çatışmazlığı bölgəyə məxsus olan başqa bir amildir. Tunis hadisələri bölgə boyu həyəcanla izlənilsə də nəticələrinə görə məhdud olub.
Lakin Misir prezidenti Hüsni Mübarəkin səhnədən getməsinin nəticələri başqa cür dəyərləndirilir. Bunun nəticələri Vaşinqtonda belə hiss olunacaq.
Əsas sual budur: Hakimiyyət başına kim gələcək? Bu fürsətdən islamçılar istifadə edəcəklərmi? Xaosu son qoyaraq, sabitliyi təmin etmək üçün ordu müdaxilə edəcəkmi? Hazırda vəziyyət hələ bu dərəcəyə çatmayıb. Lakin Misirdə baş verənlər yalnız Yaxın Şərq deyil, dünya boyu narahtlıqla izlənilməkdədir.
Milli.Az