"Təbii fəlakətlər Allahın qadınları qısqanmasına görədir"

8 İyun 2015 16:55

Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov "Dünyadakı zəlzələlərin və kataklizmaların səbəbi cins şalvar geyinən qadınlardır", - deyən "Taliban" ideoloqu Fəzlur Rəhmanın fikirlərini dəstəkləyib.

Bu barədə reaksiya.az-a danışan azərbaycanlı ilahiyyatçı bildirib ki, dünyadakı təbi fəlakətlər və kataklizmlərə qadınların açıq-saçıq geyinməsi, şəriət qaydalarına əməl etməməsi, yüngül həyat tərzi səbəb olur.

"Görürsünüz ki, son zamanlarda qadınlar daha çox açıq-saçıq geyinir, əxlaqsızlıq, fahişəlik artır. Bu, da dünyada fəlakətlərin artmasına səbəb olur. Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır. Allah-Təala açıq-saçıq geyinən qadınları qısqanır. Bütün təbii fəlakətlər də məhz buna görə baş verir".

Milli.Az