“Ən çox bəyəndiyim Neftçi`nin sürətli futbol oynaması oldu”
30 Yanvar 2011 14:37
Azerisport.az xəbər verir ki, o, "Neftçi"yə 0:2 hesablı məğlubiyyətin səbəblərini belə izah edib:
"Birinci hissədə böyük problem yaşadıq. Çünki topu özümüzdə saxlaya bilmirdik. Buna görə də 2 qol buraxdıq. Fasilədən sonra isə üstünlük bizim tərəfimizdə idi. Bir neçə qol vəziyyətimiz olsa da, bunlardan yararlana bilmədik. "Neftçi" mənim çox xoşuma gəldi. Bu komandanın bir sıra müsbət keyfiyyətləri var. Ən çox bəyəndiyim cəhət isə "Neftçi"nin sürətli futbol oynaması oldu".
Milli.Az