Günün yuxuyozması

31 Yanvar 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Fred, Nastradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Şabalıd. Yuxuda əlinizdə şabalıd tutmusunuzsa, bu, işlərinizdə zərərə, həyatda isə yaxşı həyat yoldaşına işarədir. Əgər şabalıd gələcək kədər əlamətidirsə, son nəticədə o kədəri xoşbəxtlik əvəz edəcək. Gənc qadın yuxuda şabalıd yeyirsə və yaxud onunla fala baxırsa, bu varlı pərəstişkar və yaxşı səhhətə işarədir.

Ruh. Yuxuda öz ruhunu görmək dindar olmanıza işarədir. Bir işi görməzdən əvvəl bir qədər fikirləşirsiniz. Ətrafdakılar sizi təmiz, alicənab, mərhəmətli və dindar adam kimi tanıyacaqlar. Yuxuda ruhunuzun bədəninizdən ayrıldığını görmək ölümə və xəstəliyə işarədir. Sizin ruhunuz cismin ölümündən sonra başqa simada yerə qayıdacaq çox az ruhlardan olacaq. Əgər yuxuda hansısa insanını ruhununu bədənindən ayrıldığını görmüsünüzsə, tezliklə yaxın adamınızın ölümü və ya ağır xəstəliyi barədə xəbər eşidəcəksiniz. Yuxuda ruhunuzun xilas olmasını istəmək həyatınızda elə vəziyyət yaranacaq ki, siz Allahdan kömək istəyəcəksiniz. Yalnız bundan sonra siz sülh və harmoniya tapa biləcəksiniz.

Xiyaban. Yuxuda xiyaban görmək o deməkdir ki, sizin taleyiniz əvvəlki qədər xoşbəxt və firavan olmayacaq. Bir çox xoşagəlməz qayğılar sizi əhatə edəcək. Gənc qadın üçün gecə vaxtı xiyabanda gəzmək ona xələl gətirəcək şübhəli dostlara işarədir.

Öküz. Yuxuda kök öküz görmək o deməkdir ki, siz öz ətrafınızda lider olacaqsınız və qadınlar sizin mühitinizdə olmaq istəyəcəklər. Yaşıl otlaqda kök öküzlər görmək sizə uğur və cəmiyyətdə təsəvvürünüzə belə gətirmədiyiniz yüksək mövqe vəd edir. Əgər öküzlər ota əyiliblərsə, bu o deməkdir ki, vəziyyətiniz bir az pisləşəcək və dostlar sizdən üz döndərəcək. Əgər seçmə cins öküzlər görmüsünüzsə, bu, varlı qızla xoşbəxt ailə quracağınıza və əvvəlki sadiq sevgilinizə qovuşacağınıza işarədir. Ölü öküz görmək - kədər əlamətidir. Əgər öküzlər təmiz göl və ya kiçik çaydan su içirlərsə, ola bilsin, sizə mehriban və sədaqətli qadın qismət olacaq. Əgər belə yuxunu qadın görərsə, o, öz sədaqətli sevgilisindən evlilik təklifi alacaq.

Balıq. Balıq - ikitərəflilik, çətinliklər, qeyri-sabitlik rəmzidir.Göydən düşən balıq və ya balıq yağışı görmək - pis əlamətdir. Ekoloji böhran, fəlakətə işarədir. Balıq tutmaq - çətin vəziyyətdən çıxmağa cəhd göstərməkdir. Bir yığın balıq görmək - taleyin hökmünə çox arxalanmayın, yoxsa öz şansınızı əldən verəcəksiniz. Yuxuda üç balıq görmüsünüzsə -xoşbəxtlik əlamətidir. Yuxuda balıq yemək - gözlənilməz, lakin xoş xəbər almağa işarədir.Yuxuda insan sifətli balıq görmək - nüvə müharibəsi təhlükəsinə işarədir. Bir balığın digərinin üzərinə hücum etdiyini görmək sualtı qayıqların hücumundan xəbər verir. Yuxuda iylənmiş balıq - gözlənilməz söz-söhbətlər nüfuzlu bir insanla münasibətlərinizin korlanacağına işarədir. Yuxuda canlı karp görmüsünüzsə, bu möhkəmlik və dözümlülük əlamətidir.

Milli.Az