"Şaxtyor"un oyunçusu "Bakı"da
29 Yanvar 2011 21:54
Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov ukraynalı Ruslan Leviqanı sınayır.
Artıq komandanın Antalyadakı düşərgəsinə qoşulan futbolçu axşam məşqində iştirak edəcək. Qeyd edək ki, Ruslan Leviqa 31 yanvar 1983-cü ilə Ukraynda dünyaya gəlib. Donetsk "Şaxtyor"unun yetirməsi olan futbolçu 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunub və 2008-ci ilə qədər müqavilə ilə bu kluba məxsus olsa da, əsas heyətə düşə bilməyib.
O, 2003-cü ildə "Metallurq" (Donets, Ukrayna), 2004-də "Sokol" (Rusiya, 10 oyun), 2004-2005-də "Borisfen" (Ukrayna, 11 oyun, 3 qol), 2005-2006-da "İlliçevets" (Ukrayna, 33 oyun, 5 qol), 2006-2008-də isə "Vorskla" (Ukrayna, 15 oyun) klublarına icarəyə verilib. 2008-ci ildə "Çernomorets"ə (Odessa) transfer olunan Ruslan 2010-a qədər 26 oyunda 6 qol vurub. 2010-cu ildə Qazaxıstanın "Tobol" klubunda çıxış edən futbolçu (11 oyun, 2 qol) ölkə çempionu olub.
Leviqa 2 dəfə Ukrayna U-21-nin formasını geyinib və 1 qola imza atıb.
Milli.Az