Dəhşətli qəza: 8 piyadanı vurdu, biri öldü

7 İyun 2015 09:16

Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb. 

"BMW" markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir. 

Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir. 

Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.

Milli.Az