Mətbəx sirləri: Keşniş sousu

10 İyun 2015 07:00

Milli.Az keşniş sousunun hazırlanma qaydasını təqdim edir

Bu sous qırmızı ət, toyuq və balıqdan hazırlanan xörəklərlə əla dadır. "Uzunömürlü" deyil, soyuducuda maksimum bir həftə saxlamaq olar. 

Tərkibi: 

4 iri dəstə təzə keşniş
2 ədəd göy soğan
2-3 diş sarımsaq 
1,5 sm uzunluqda təzə zəncəfil kökü
1 ədəd acı istiot (yaşıl və ya qırmızı)
3 x.q. limon şirəsi
1 x.q. şəkər tozu
1 ç.q. duz

Keşnişlə göy soğanı yuyub aşsüzənə yığın. Suyu süzüləndən sonra iri doğrayın. 
Sarımsaqla zəncəfili təmizləyin, istiotu yuyun. 
Hamısını blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.
Bankaya yığıb limon şirəsi, şəkər tozu, duz qatıb qarışdırın. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az