Azadlıq Partiyası İctimai Palataya qoşulmaqdan birdəfəlik imtina edir

29 Yanvar 2011 13:47
Belə bir açıqlama ilə Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc çıxış edib.

Salamnews-a verdiyi açıqlamada partiya sədri bildirib ki, adı çəkilən partiyalar bu xəstəlikdən qurtulmayınca nə Demokratiya Uğrunda İttifaq, nə də Azadlıq Partiyasının onlarla əməkdaşlığı qeyri-mümkündür: "Bu partiyalar ölkədə fəaliyyət göstərən digər siyasi qüvvələri də müəyyən şirnikləndirici vədlərlə İctimai Palataya cəlb etmək istəyirlər. Həmin partiyalara İctimai Palataya müəyyən miqdarda qrant ayrılacağı və ayrılacaq vəsaitdən bərabər şəkildə istifadə ediləcəyi vədləri verilir".

Əhməd Orucun fikrincə, AXCP və Müsavat bununla cəmiyyətin əsas aparıcı qüvvəsi olduqları barədə görüntü yaradır.

Milli.Az