Cümşüd Nuryev: “İlin birinci yarısında Qarabağ məsələsində müsbət irəliləmə ola bilər”

29 Yanvar 2011 19:15
Bu fikirləri Salamnews-a keçmiş millət vəkili, politoloq Cümşüd Nuriyev səsləndirib.

Politoloq bildirib ki, istər Birləşmiş Ştatlar, istərsə də Rusiyanın mövqeyinin Qafqazda toqquşması, eləcə də Azərbaycanın həyata keçirdiyi siyasət və hər iki dövlətlə bərabər məsafədə durmaq bacarığı Ermənistandan fərqli olaraq rəsmi Bakının super güclər üçün önəmini daha da artırır: "Ona görə də işğal olunmuş rayonların ən azı bir neçəsinin qaytarılması haqqında ilkin razılıq ola bilər. Digər tərəfdən Azərbaycanın məsələni hərbi müstəviyə gətirməsi istər-istəməz belə bir gözləntilərin baş verəcəyini proqnozlaşdırmağa imkan verir. Yəni, cari ilin birinci yarısında nəsə baş verə bilər".

Politoloq bildirib ki, hadisələrin bu cür gedişi ermənilərin xeyrinə deyil."

Milli.Az