Parlament Komitəsi BBC ilə bağlı sorğu edəcək
29 Yanvar 2011 18:27
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Bitaniya parlamentinin xarici işlər komitəsi BBC ümumdünya xidmətinin dil xidmətlərinin ixtisarı, bağlanması və fəaliyyətin daralmasının Ümumdünya Xidməti üçün mümkün fəsadları barədə sorğu edəcəyini bildirib.
Parlamentin xarici işlər komitəsi BBC ümumdünya xidmətinin əməkdaşları, rəhbərləyi və Britaniya höküməti nümayəndələrindən şifahi ifadələr alacaq. Bu şifahə ifadələr mart ayında alınacaq.
Parlament komitəsinin bu ifadələri "xarici İşlər Nazirliyinin fəaliyyəti və maliyyəsi" barədə indiki sorğunun əsasını təşkil edəcək.
Milli.Az