Xalq artistinin oğlu ilk dəfə ailəsinin FOTOsunu paylaşdı

4 İyun 2015 10:56

Xalq artisti Ramiz Novruzun müğənni oğlu Cavidan Novruz ilk dəfə ailəsi ilə fotosunu paylaşıb

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı şəklin yanına bunları yazıb:

"Bir çoxları təəccüblənəcəklər ki, Cavidan evli imiş? Xanımımın şəklini hər gün paylaşmağı sevmirəm. Ona görə də insanlarda belə fikir yaranıb. Həyat yoldaşımın 30 yaşı tamam olur. Onu təbrik edirəm.

Ən pis günümdə də yanımda olsun. Çox xoşbəxtəm ki, uzun müddətdir içimizdə tükənməyən istək var. Bir-birimizə istəyimiz hər gün artır. Xoşbəxtəm ki, həyatımda oğlumuz Turan var. Sizi sevirəm".

Milli.Az