Ançelotti futbol nəhəngini rədd etdi

3 İyun 2015 13:50

"Real Madrid"lə yolları ayrılan Karlo Ançelotti növbəti mövsüm "Milan"da çalışmayacaq. Goal.az xəbər verir ki, "rossoneri" bunu rəsmi saytında, italyan mütəxəssis isə tvitter hesabında bəyan edib.

"Milan"a dəstək və marağına görə təşəkkür edirəm. Mənim üçün doğma olan bu kluba "yox" demək çox çətin idi. Amma istirahətə ehtiyacım var. Onlara uğurlar arzu edirəm", - Ançelotti yazıb.

İstefa mövzusu hələ təsdiqlənməzdən öncə "Milan"ın vitse-prezidenti Adriano Qalliani Ançelottini "Milan"a qaytarmaq üçün Madridə getmişdi. "Milan"ın prezidenti Silvio Berluskoni də köhnə tanışını kluba gətirmək üçün Qallianiyə xüsusi tapşırıq verdiyini və bunun üçün əllərindən gələni edəcəklərini bildirmişdi. Lakin Ançelotti Vankuverdə bel nahiyəsindən əməliyyat olunacağını əsas gətirərək bir müddət futboldan uzaq duracağını qeyd etdi. O, təxminən 1 il bərpa prosesinə sərf ediləcəyini də diqqətə çatdırmışdı.

Milli.Az