İki uşaq anası özünü öldürdü

29 Yanvar 2011 11:23
Tovuz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Xatınlı kənd sakini 35 yaşlı Mahirə Qaracayeva özünü asaraq öldürüb. Mərhumun asılmış meyiti evin aynabəndində ailə üzvləri tərəfindən aşkarlanıb.
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, iki azyaşlı uşağı yetim qalıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az