Bol miqdarda vitamin və mineral tərkibli olan ananas suyu tərkibindəki B və C vitaminləri ilə hüceyrə itkisi və dəri problemlərini əngəlləyir.
İsti yay günlərində sərinləməyin ən sağlam yolu hesab edilən ananas suyu bir çox xəstəliklərə qarşı bədənə müqavimət gücü verir.
Milli.Az lent.az-a istinadən ananas suyunun faydalarını təqdim edir.
Saç və dırnağı qoruyur
Ananas suyu tərkibindəki C vitamini ilə günəşdən zərər görən dərinin yenilənməsinə kömək edir, eyni zamanda tərkibindəki minerallarla saç və dırnaqları da sağlamlığına qovuşdurur.
Tərləmə bədəndə su itkisinə səbəb olduğu üçün çoxlu su içmək tövsiyə edilir. Bunun üçün dəmir, kalsium, A , B və C vitamin tərkibli olan ananas suyu içə bilərsiz.
Enerji verir
Yay aylarında içilən ananas suyu təbii şəkərlə bədənə enerji verir. 100 ml-də 11 mg C vitamini var. Günəşin yarada biləcəyi zərərli təsirlərdən dərini qoruyur. Günəşdən korlanmış saçların yenilənməsinə də faydalıdır. Antioksidan xüsusiyyəti ilə toksinlərin atılmasına kömək edir.
Milli.Az