Venesuelada vəbaya yoluxanların sayı 111 nəfərə çatdı

29 Yanvar 2011 09:53
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, səhiyyə naziri Euxeniya Sader artıq 111 nəfərin xəstəxanalarda müalicə olunduğunu bildirib.
Xatırladaq ki, əvvəl belə xəstələrin 21 nəfər olduğu bildirilirdi. Onlar epidemiyanın yayıldığı Dominikanda toy mərasimində iştirak etmiş bir ailənin üzvləridir.

Xatırladaq ki, epidemiya Haitidən başlayıb. Burada saysız-hesabsız insanın ölümünə səbəb olmuş virus sonradan qonşu Dominikana keçib.

Milli.Az